SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101509

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101508

“İsraildən Azərbaycana gətirilən tibbi yardımlar ölkədəki xəstəxanalara çatdırılıb. Humanitar yardım davam edir”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/101504

Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağda cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101501

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101495

Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101494

Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101487

Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101483

Qarabağda gedən ağır döyüşlər zamanı düşmən ağır itkilər verir. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101477

Biz bu günədək vaxtın da və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101472

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101470

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101463

Hərbi xidmətə çağırılan şəxslərin COVİD-19-la bağlı testlərdən keçirilməsi davam edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101460

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101453

BAKU.WS