SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik".

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, - o əlavə edib.

Qeyd edək ki, Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Azərbaycan Ordusunun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə hərəkətə keçib.

BAKU.WS