SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Milli Məclisin üzvləri məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.

BAKU.WS