SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı gələn ilin əvvəlində OPEC+ formatının iştirakçısı olan ölkələrdə neft hasilatının artırılması imkanlarını dəyərləndirməyə çağırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu təklif OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin bu günə təyin olunmuş iclası ərəfəsində səsləndirilib.

“Səudiyyə Ərəbistanın bu təklifinə dair yekdil mövqe yoxdur. Çünki bazarda gələn il tələbat həcmini indidən qiymətləndirmək çox çətindir. Koronavirusun öz şərtləri var. Hətta bugünkü iclas zamanı monitorinq komitəsinin kvotaları dəyişdirmək məsələsini müzakirəsi zamanı pandemiya ilə bağlı risqləri də nəzərə almalarını xahiş etmişik”, - deyə nümayəndə heyətlərinin birindəki mənbə bildirib.

Oktyabrın 8-də WSJ mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı OPEC+ formatı çərçivəsində neft hasilatını gündəlik 2 milyon barelə yaxın artırılması imkanlarını araşdırır. Belə ki, pandemiyanın ikinci dalğası və əlavə xammal təklifi üzündən dünyada neftə tələbatın qeydə alınmayan əskiyi üzündən belə bir dəyişikliyə ehtiyac yarana bilər.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.

BAKU.WS