VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twiter" hesabında yazıb:

H.Hacıyev bildirib ki, 5 bölgəyə 229 mərmi atılıb:

“18 oktyabr - humanitar atəşkəsin ilk günü: 00:00-dan etibarən Ermənistan yalnız mülki şəxslərə və yaşayış məntəqələrinə hücumlara başladı

- 5 bölgəyə 229 mərmi: Tərtərə 160, Ağdama 63, Goranboya 6

- 3 raket hücumu: 1-i Xızı rayonuna, 2-si Ağcabədinin Poladlı kəndinə

- bir hücum dronu”.

BAKU.WS