SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu müharibə dövründə bizi istəməyən və qarşı duran qüvvələr də var. Xalq birliyinin nəticəsində zəfər qazanacağıq”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə bir iradə çoxdan gözlənilirdi:

“Bizə yalanlar danışırlar. 1991-ci ildə şəhidləri Təzə Pirə gətirirdilər və üzərlərində vandalizm izi vardı”.

“Biz güclüyük və öz torpaqlarımızı işğaldan azad edəcəyik. Müharibə başlayan vaxtdan mənim 100-ə yaxın dövlətə müraciətim olub. Çoxları bizim səsimizə səs veriblər.

Tezliklə müharibə bitər və o müraciətləri çap edəcəyik. Dünya ictimaiyyəti bir vaxtlar göz yaşı tökən ermənilərin tərəfində idisə, indi onlara inanmırlar”, - deyə şeyx qeyd edib.

BAKU.WS