SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS “armenianreport”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 1465 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 10 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 61460-ya yüksəlib. Ümumilikdə Ermənistanda 1056 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 12919 aktiv koronavirus xəstəsi var.

BAKU.WS