SİZİN REKLAM BURADA!
055 213 76 73


Separatçı rejimin başçısı Arayik Arutyunyan Qarabağda yaşayan sakinlərin çıxışını məhdudlaşdıran fərman imzalayıb. 

BAKU.WS ATV-yə istinadla xəbər verir ki, hərbi mükəlləfiyyəti olan ermənilərə Dağlıq Qarabağ ərazisini tərk etmək qadağan olunur. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirir ki, fərari erməniləri heç fərman və qanunlar da saxlaya bilməz: 

"Onlar cürbəcür yollarla oranı tərk edəcəklər. Bu insanların şüurunda var ki, bu torpaq Azərbaycan torpağıdır.

Məlumat var ki, 4 mindən çox erməni hərbçiləri fərarilik edib, onlardan 2 mini üçün cinayət işi açılıb". 

BAKU.WS
VİDEO