VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət mənfi tendensiyaya doğru dəyişir. Dünən koronavirusa yoluxanların sayı 500-ü ötüb. Belə ki, Azərbaycanda Covid-19 infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri pozitiv çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 min 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 min 990 nəfərdir. Ölkəmizdə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1 mln 201 min 924 test aparılıb.

Vətəndaşlar kütləvi toplantılardan çəkinməli, bazarlar, supermarketlər və digər yoluxma ehtimalı yüksək olan yerlərdə xüsusi diqqətli olmalıdırlar. Koronavirusun birinci dalğası ölkəmizdə nisbətən səngidikdən sonra vətəndaşlarımızda arxayınlıq yaranıb. Kütləvi toplaşmaqla bağlı qoyulan qadağalara riayət etməmək halları müşahidə olunur. 

Evlərdə müəyyən ad günü və digər mərasimlərin təşkili, dostların birgə toplanması və digər qadağaların pozulması halları sonda yoluxma sayının və ölənlərin sayının kütləvi artması ilə nəticələnir. Bazar və supermarketlərdə COVID-19-la bağlı tərtib olunan göstərişlərə əməl etmək indiki halda vacib məsələdir. Çünki Azərbaycanda müharibə gedən bir vaxtda əlavə olaraq yoluxma ilə bağlı problemin olması ölkəmiz üçün ciddi prooblemlər yarada bilər. 

Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda qayda pozuntularının artıq bir çox insanları narahat etməməsi əsassız arxayınlığın göstəricisidir. Çünki ən sadə qayda olan maskadan istifadə halları ilə bağlı problemlərin yaşanması böyük təhlükədir. Vətəndaşlar maskanı ya çənəsi, ya da burun nahiyəsindən aşağı taxırlar. Lakin maskadan kamil surətdə istifadə hallarına az rast gəlinir. Maskadan düzgün istifadə etməmək sonda həmin şəxslərin virusa yoluxması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, adı çəkilən məkanlarda insanlar sıx şəkildə olur, belə olan təqdirdə virusa yoluxmuş şəxs bunu digərlərinə ötürməsi heç də çətin məsələ deyil. 

Ötən müddətdə hamı koronavirusla mübarizədə əməl etməli olduğu qaydalarla yaxından tanış olub, indi bu qaydaları vərdişə, həyat normasına çevirmək zərurdir. Koronavirusla bağlı qaydalara əməl etmək əslində heç də çətin bir məsələ deyil. Əslində əllərin tez-tez yuyulması, dezinfeksiya olunması və maskadan istifadə sadə qaydalardır. Bu qaydalara əməl etmək birbaşa insan sağlamlığına xidmət edir və cəmiyyətdə yoluxma hallarının minimuma düşməsi ilə nəticələnir. 

Koronavirusa qarşı mübarizədə dövlət üzərinə düşən bütün işləri görür, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda koronavirusa yoluxma hallarının qarşısını almaq üçün müasir tibbi ləvazimatları ölkəyə gətirilib, modul tipli xəstəxanalar inşa olunub, xəstələrə pulsuz xidmət təşkil olunub, karantin rejimi tətbiq olunub və başqa işlər görülüb. 

BAKU.WS