SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilərin 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

BAKU.WS