SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusunun şücaəti sayəsində Füzuli və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunub.

BAKU.WS xəbər verir ki, kəndləri işğaldan azad olunan sakinlər sevincini Xəzər TV-nin mikrofonuna danışıblar. Hər iki rayondan olan məcburi köçkünlər doğma yurdlarına ayaq basacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.

"Bu xəbəri eşidəndə sevincimdən ağladım. Şad xəbəri bütün qohumlarla paylaşdım. Hər kəs bir-birini təbrik etdi". Bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Xatun bulaq kəndinin sakini Nadir Rüstəmov deyib. Bildirib ki, kəndlərinə ayaq basacağı günü səbirsizliklə gözləyir.

Rüstəmovlar ailəsi bildirir ki, Ordumuz işğal altındakı bir sıra strateji yüksəklikləri, kəndləri azad edib. Ailə Erməni vəhşiliklərini bir gün belə olsun unutmayıb. Bildirirlər ki, düşmənə ən gözəl cavab qələbədir.

Füzulinin işğaldan azad olunan Qarakollu və Qaradağlı kənd sakinləri də Ordumuzun düşmən üzərində olan üstünlüyündən qürurlandıqlarını bildirirlər.

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri də işğaldan azad edilib. Xocavənd sakinləri bildirirlər ki, həsrətini çəkdiyimiz dədə-baba torpağımız düşmən tapdağından azad olunub. Bu hissləri bizə yaşatdıqlarına görə igid Vətən oğullarına minnətdarıq.

Bəli, bugünkü zəfərlərimiz bütün Azərbaycanı sevindirir. Ordumuzun əzmkarlığı sayəsində çox yaxında üçrəngli bayrağımız Qarabağda dalğalanacaq!

BAKU.WS
VİDEO