SİZİN REKLAM BURADA!
055 213 76 73


"İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

"İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır, bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir.

Ona görə bizdə belə bir narahatlıq yoxdur. Belə səylər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur.

Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil", - deyə prezident əlavə edib.

BAKU.WS