VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusu 27 sentyabr tarixindən etibarən düşmən təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərimizin azad etmək uğrunda cavab tədbirləri görməyə başlayıb.

Azərbaycan Milli Ordusu şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunları, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə düşmənə ağır zərbələr endirir. Erməni mətbuatının yazdığına inansaq, Azərbaycan ordusu Ermənistanın Dağlıq Qarabağda qurduğu müdafiəsini darmadağın edib. Erməni tərəfdən vəziyyət o qədər acınacaqlıdır ki, son dövrlər hədə dili ilə danışan və Qarabağın onlara məxsus olmasını iddia edən Nikol Paşinyan Rusiya və Fransa prezidentlərinə atəşkəs üçün yalvarır.

Paşinyan hökuməti cəbhədə döyüşmək istəməyən bir çox hərbçi və mülki vətəndaşı da məsuliyyətə cəlb edib. Milli Təhlükəsizlik naziri Arqişti Kərəmyanın istefaya göndərilməsi Paşinyan hakimiyyətinin parçalanması və gələcək süqutundan xəbər verir. Erməni xalqı 200 illik savaşı Azərbaycana uduzan şəxsi mühakimə edəcək. Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilən bütün tabutlar İrəvana getdikcə erməni xalqı hərbi meydandakı acı uğursuzluqları öz rəhbərlərinə bağışlamayacaq.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın edib. Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan müdafiə bölmələrinin onlarla zenit-raket kompleksləri, yüzlərlə hərbi texnika və tankları, müxtəlif artilleriya qurğuları və minlərlə şəxsi heyəti məhv edilib. Ermənistan ordusunda xidmət edən zabit və əsgər heyəti arasında o qədər çatışmazlıq yaranıb ki, artıq cəbhədə xidmət etmək üçün yaşlı kişilər və qadınlar cəlb olunmağa başlayıb.

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur. Bu hələ ölüb və ya sağ olmasından xəbərsiz hərbçilərin sayıdır. Ermənilərin paylaşımlarına görə, bu günə qədər 4 minə yaxın şəxs isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilərək meyitləri valideynlərinə təhvil verilib.

Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğaldan azad olunan ərazilərimizdə şanlı Azərbaycan bayrağı dalğalanır. Bu günə qədər işğal altında olan Füzuli, Cəbrayıl, Tərtər, Ağdərənin bir çox kənd və yüksəlikləri erməni işğalından azad olunub.

BAKU.WS