SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan ordusu ilə döyüşmək istəmir. Artıq ermənilər bu barədə təbliğat-təşviqat işinə başlayaraq ön xətdə xidmət edənlərə müraciətlər edərək onları Azərbaycan ordusu ilə döyüşməmək üçün inandırmağa çalışırlar.

BAKU.WS xəbər verir ki, Ermənistan hakimiyyətinin yarıtmaz və işğalçı siyasətinin qurbanı olmaq istəməyən ermənilər müharibənin dayandırılmasını və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edirlər: "Mövqelərdə qalmağın mənası yoxdur! Onlar bizi ətçəkən maşının ağzına atıblar! Burada ölməyin mənası yoxdur!"

Məlum olaya Nikol Paşinyan da çıxışlarının birində işarə edib. O, təsdiq edib ki, işğal altındakı Xankəndi sakini olan bir erməni hərbçi Qarabağın Azərbaycana qaytarılması üçün əsgərlərlə danışıb və bu səbəbdən İrəvanda aşkarlanaraq həbs olunub.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi obyektlərin məhv edilməsi, təmas xəttində Ermənistan ordusuna məxsus hərbi texnika, RƏM sistemləri, silah anbarları və minlərlə canlı qüvvənin məhv edilməsi erməniləri qorxuya salıb və ölməmək üçün hərəkətə gətirib.

BAKU.WS